Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

Putin Bakıya səsləndi

Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulub.

Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında sənədi imzalayıb.

Putin bu barədə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Ermənistan və Qırğızıstanın Avrasiya İttifaqına üzv olmaları bu ölkələrin fundamental maraqlarına cavab verir və onların sosial-iqtisadi inkişafı üçün geniş üfüqlər açır.

Vladimir Putin Avrasiya İttifaqının MDB-nin digər üzvləri üçün də açıq olduğunu bildirib: "Qərbdə və Şərqdəki tərəfdaşlarımız üçün Avrasiya İttifaqı açıqdır. İştirakçıların sayının artması İttifaqın özünə xeyirlidir. Avrasiya İttifaqı bütün tərəflərin fikirləri nəzərə alınmaqla, qarşılıqlı mənfəət və hörmət üzərində qurulub. İttifaqda hamının bərabər hüquqları və vəzifələri var. Hamımız çalışmalıyıq ki, bu ittifaqı güclü iqtisadiyyatı olan bir mərkəzə çevirək".

Qeyd edək ki, Azərbaycan da MDB-nin üzvü olduğundan Putinin bu çağırışını rəsmi Bakıya verilmiş bir mesaj kimi qiymətləndirmək olar. Bununla belə rəsmi Bakının mövqeyi budur ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyincə işğalçı Ermənistanla bir qurumda təmsil olunmayacaq./ans/
749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber