Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

"Onların Mərkəzi Asiyada yayılmalarının qarşısı alınmalıdır"

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrini İŞİD terrorçu qruplaşmasının Mərkəzi Asiyada yayılmasına qarşı preventiv tədbirlər görməyə çağırıb.

RİA "Novosti"nin verdiyi məlumata görə, Putin KTMT ölkələrinə səslənib: "İŞİD terrorçu qruplaşması Əfqanıstanın bəzi əyalətlərini özlərinin dediyi kimi xilafətlərinə daxil edərək oranı ələ keçirməyə cəhd edirlər. Terrorçu qruplaşması Mərkəzi Asiyada aktivliyini artırmaq istəyir. Bu cür şərtlər altında KTMT-yə üzv ölkələr preventiv tədbirlər görməyə hazır olmalıdırlar".

Vladimir Putin çiçəklənən və bitərəf Əfqanıstanda maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada baş tutan KTMT-nın sammitində 22 sənədin imzalanması planlaşdırılır. Sənədlər arasında bir bəyanat, 19 qərar və 2 protokol öz əksini tapacaq.
664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber