Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

“Onlar adi kağız idi, yəqin ki, axşam qutudan çıxarılacaq”

15 saylı Yasamal birinci Seçki Dairəsinin 12 saylı Seçki Məntəqəsinin sədri Gülmira Yusifova bu gün səhər məntəqəsində baş verən qalmaqalla bağlı açıqlama verib.

G.Yusifova bildirib ki, özünü təqdim etməyən, qulağı sırğalı, saqallı oğlan seçki məntəqəsinə gəlib: "Sənədlərini göstərmədi. Onunla birlikdə gələn qadın seçki qutusuna topa kağızlar atıb çıxıb getdi. Sonra biz həmin qadını tapa bilmədik. Qaçıb getmişdi. Məntəqənin girişində barmaqlara işarə vuran idman müəlliməsi Əfruz Hacıyeva özünü jurnalist adlandıran şəxsdən sənədlərini istəyib, o da verməkdən imtina edib".

Məntəqə sədri bildirdi ki, qutuya atılan bülleten deyil, adi kağızlar olub: "Onlar adi kağız idi, yəqin ki axşam qutudan çıxarılacaq".

Bizimyol.info qeyd edir ki, məntəqənin sədri Gülmira Yusifova jurnalistin özünü təqdim etmədiyini bildirsə də, videodan görünür ki, idman müəlliməsi Əfruz Hacıyeva Meydan.tv-nin əməkdaşı Cavid Abdullayeva müsahibə verib.
762 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17