Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Arvadını və qayınanasını öldürdü, intihar etdi

33 yaşlı rayon sakini Sumqayıtda işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb

Azərbaycanın Lerik rayonunda dəhşətli ailə faciəsi baş verib. Hadisə dekabrın 23-də Lerik şəhərində qeydə alınıb. Lerik rayon sakini, 33 yaşlı Camaləddin Cəbrayıl oğlu Surətov şəxsi münaqişə zəminində qayınanası, 57 yaşlı Laləni, həyat yoldaşı, 24 yaşlı Məhsətini odlu silahla qətlə yetirib və daha sonra uşaqlarını özü ilə götürərək doğulub boya-başa çatdığı rayonun Pirzəküçə kəndinə yollanıb. Daha sonra orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan C.Surətovun həyatını xilas etmək mümkün olmayıb. Qətlin səbəbləri barədə hər hansı bir açıqlama verilmir.
Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb./apa/
1058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP