Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Şahvələd Çobanoğlu prokurorluqda ifadə verib

Dekabrın 23-də jurnalist Şahvələd Çobanoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Şahvələd Çobanoğlu “Feysbuk” şəbəkəsindəki səhifəsində yazıb ki, prokurorluqda ondan ifadə alıblar: “Adı bilinməyən, bizə yalnız nömrəsi deyilən, vətəndaş cəmiyyətinə və QHT-lərə qarşı aparılan cinayət işinin istintaqı çərçivəsində məndən ifadə aldılar. Verilən suallar “Azadlıq” radiosundan mənim hesabıma köçürülən pullar barədə idi”.

Jurnalist qeyd edib ki, “Azadlıq” radiosundan onun hesabına pul köçürmələri nəşri çoxdan dayanmış “Fərqli düşüncə” dərgisinin çapı və yayımı ilə bağlı olub. O eyni zamanda vurğulayıb ki, həmin köçürmələr qanuni və şəffaf qaydada aparılıb.

“Bunlar axırını nəyə yönəldəcəklər, özləri bilərlər” yazan Şahvələd Çobanoğlu “Feysbuk” səhifəsində onu da yazıb ki, bütün hallarda “Fərqli düşüncə”yə görə, fərqli düşündüyünə görə ittiham oluna bilər./musavat/
964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı