Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Azərbaycanlıların Ukraynada qanlı davası

Ukraynanın Nikolayev şəhərində bir-biri ilə düşmənçilik edən iki azərbaycanlı qrup arasında qanlı qırğın olub.

Kütləvi dava Nikolayev şəhərinin Vodopoy mikrorayonunda yerli vaxtla saat 22:00 radələrində başlayıb.

Hadisə şahidləri bu amansız dava barədə dərhal polisə məlumat veriblər. Nikolayev şəhəri Lenin rayonu milis idarəsinin əməliyyat qrupu hadisə yerinə gələn kimi dava iştirakçılarının əksəriyyəti qaçıb dağılışıb. Buna görə də “razborka”da konkret neçə adamın iştirak etdiyini dəqiqləşdirmək mümkün olmayıb.

Davada yaralananlar və xəsarət alanlar var. Onların 3 nəfəri təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb. İki azərbaycanlı kəsilmiş-deşilmiş yara, biri isə çənəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Davanın motivləri və "razborka"ya çıxanların kimliyi hələlik bəlli deyil. Faktla bağlı cinayət işi açılıb, milis təhqiqat aparır./Virtualaz/
812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP