Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Vətəndaşların işsizlik problemləri məmurları yordu...

Deyəsən, bundan sonra bölgələrdə vətəndaşları qəbul edən nazirlik və komitə rəhbərləri daha sakinlərin işsizlik və digər sosial problemlərini dinləməyəcəklər... Hər halda, Dövlət Gömrük Komitəsinin bu istiqamətdə atdığı ilk addımdan belə nəticəyə gəlmək olur.

DGK-nın saytında Komitə sədri Aydın Əliyevin dekabrın 26-da Naftalan şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcəyi barədə verilən elanda birmənalı şəkildə bildirilir ki, qəbulda yalnız gömrük məsələlərilə bağlı müraciətlər dinləniləcək. Qəbul isə bölgədə yerləşən Naftalan, Göygöl, Goranboy, Bərdə və Tərtər rayonlarının sakinləri üçün nəzərdə tutulub.

Indiyədək Gömrük Komitəsinin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edərkən müraciətlərin əksəriyyəti sakinlərin işə düzəlmək xahişləri olub. Təəccüblü görünsə də, Komitənin birbaşa fəaliyyətinə aid olan gömrük məsələləri arxa planda qalıb.

Bu hal digər nazirlik və komitə rəhbərlərinin bölgələrdəki qəbullarında da özünü göstərir. Lakin vətəndaşların işlə təmin olunma xahişləri daha çox Gömrük Komitəsi, Fövqəladə Hallar, Nəqliyyat, Iqtisadi Inkişaf nazirlikləri və digər bu kimi gəlir mənbəyi olan strukturların rəhbərlərinə ünvanlanır.

Görünür, indi bu strukturlar vətəndaşların işlə təmin olunma xahişlərindən beziblər. Ya da bölgələrdə vətəndaşların qəbulu zamanı özünü qabarıq şəkildə büruzə verən işsizlik problemi hakimiyyəti narahat etməyə başlayıb. Bəs, hakimiyyətin “son 10 il ərzində regionlarda 56 minə yaxın müəssisənin fəaliyyətə başlaması və 1,2 milyondan çox yeni iş yerinin yaradılması” təbliğatı necə olsun?!/azadlıq/
786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber