Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Mahmud Abbas BMT və İsrailə xəbərdarlıq edib

“Əgər İsrailin Fələstin ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihəsi qəbul edilməsə, İsraillə bütün əlaqələrimizi kəsəcəyik. Bu zaman bütün məsuliyyəti onlar daşıyacaq, çünki, onlar işğalçıdırlar.”

İnterAz-ın "Əlcəzirə"-yə istinadla verdiyi xəbərə görə, bunu Fələstin muxtariyyətinin lideri Mahmud Abbas Əlcəzayirə səfəri zamanı deyib.

O, Əlcəzayirdə keçirilən mətbuat konfransında BMT-nin Təhlükəsizlik Şurasını və İsrail hökumətini bütün əlaqələri, danışıqları və anlaşmaları bitirəcəyi ilə hədələyib.

Qeyd edək ki, İordaniyanın başçılığı ilə ərəb ölkələrinin TŞ-a çıxarmaq istədikləri qətnamə layihəsində, İsrail ordusunun yaxın iki il ərzində 1967-ci ildə işğal edilmiş Fələstin ərazilərindən çıxması tələb kimi yer alır.
942 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27
2 tür