Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Corc Buşun səhhəti pisləşib

Amerika Birləşmiş Ştatlarınının (ABŞ) eks-perzidenti Corc Buşun (ata) səhhəti pisləşib.

ABŞ-ın eks prezidentlərindən olan Corc Buş nəfəs çatışmazlığı səbəbilə təcili olaraq, Texas ştatı Hyuston şəhərindəki Metodist xəstəxanasına aparılıb.

İyun ayında 90 yaşını paraşütlə tullanaraq qeyd edən Buş, iki il əvvəl noyabr ayında bronxlarında yaranmış problemlə əlaqədar xəstəxanada müalicə olunmuşdu. Həkimlərin tövsiyəsi ilə bir müddət səhiyyə ocağında qalmışdı.

Qeyd edək ki, Ata Corc Buş ABŞ-ın 41-ci prezidentidir. O, 1989-1993-cu illərdə Amerikaya rəhbərlik edib. Bundan əvvəl isə Ronald Reyqanın administrasiyasında vitse-prezident olub.
938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber