Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

8 dərəcə şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.

Dekabrın 25-də də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Dekabrın 24-26-da cənub-qərb küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək. Bununla əlaqədar Bakıda və Abşeron yarımadasında temperatur nisbətən yüksələcək. Dekabrın 25-də gündüz havanın temperaturu 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcəyi gözlənilir. Lakin şərq rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Dekabrın 24-26-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Bölgələrdə qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
1079 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP