Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

120 min könüllü Mosul yolunda

Səlahəddin əyalətinin azad edilməsində 120 min iraqlı könüllü iştirak edəcək
Nur-az.com-un Fars News-a istinadla verdiyi xəbərə əsasən, Bağdad əyalətinin Təhlükəsizlik Şurası Komissiyası bildirib ki, Səlahəddin əyalətinin azadlığı və buranın təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) terrorçularından tamamilə təmizlənməsi üçün keçiriləcək əməliyyatda 120 min könüllü xalq qüvvəsi İraq Silahlı Qüvvələrinə yardım edəcəklər.
IMN portalına məlumat verən komissiya rəisi Məhəmməd Cuybər deyib: Könüllü qüvvələrin sayı 170 minə çatır ki, onların da 120 min nəfəri əməliyyatda iştirak edəcək.
O əlavə edib: Bu qüvvələr Samirra şəhəri və Səlahəddinin cənub məntəqələrində yerləşdiriləcəklər ki, təhlükəsizlik vəziyyətinə nəzarət etsinlər.
Səlahəddin üzrə əməliyyatların komandanlığı könüllü qüvvələrin dəstəyilə ötən cümə Yəsrib ətrafındakı bağları və Tikritin cənubundakı Təl əz-Zəhəb polis mərkəzini azad etmişdi.
1076 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP