Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Türk əsilli alman futbolçu Suriyada öldürüldü - (Foto)

Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvü Burak Karan Suriyada gedən döyüşlərdə həyatını itirib. Lent.az-ın məlumatına görə, bu barədə “Bild”ə onun bacısı Zuhal açıqlama verib. 

Bacısı bildirib ki, Burak 20 yaşında ikən karyerasını bitirib və yalnız cihaddan bəhs etməyə başlayıb. Türk əsilli sabiq futbolçu “əl-Qaidə” ilə əlaqədə şübhəli bilinərək, təqib edilib. Lakin tutulmasına ehtiyac duyulmayıb. Daha sonra Burak vəhabilərə qoşulub. O, Suriyadakı müxafilət qüvvələrinə yardım üçün dərman və ərzaq toplayaraq, müharibə bölgəsinə göndərib. Lakin yardımların yerinə çatmadığını öyrənən Burak 7 ay öncə həyat yoldaşı və 2 övladı ilə birgə Türkiyə - Suriya sərhədinə üz tutub. O, Suriya ərazisinə keçərək, Bəşər Əsəd qüvvələrinə qarşı vuruşub. Oktyabrın 11-də Azaz qəsəbəsində gedən döyüş zamanı qarşı tərəfdən atılan bombanın partlaması nəticəsində sabiq futbolçu ölüb. İndi qardaşı Mustafa onun 23 yaşlı həyat yoldaşı Gülsümü, eləcə də 3 yaşlı oğlu Abdulla ilə 10 aylıq Əbdürrəhmanı qaçqın düşərgələrində axtarır.

 
Qeyd edək ki, Burak Karan futbolçu kimi Almaniyanın “Bayer”, “Herta”, “Hamburq”, “Hannover” və “Alemannia” komandalarında da çıxış edib. O, 2008-ci ilin iyulunda karyerasını başa vurub. Karan hazırda əsas millidə çıxış edən Sami Xedira, Kevin-Prins Boatenq və Dennis Aoqo kimi futbolçularla Almaniyanın 17 yaşadək yığmasında komanda yoldaşı olub.

1702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber