Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Bakı metrosunda bomba həyəzanı

Bakıda metroya bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs “102” xidmətinə zəng edərək "“28 May” stansiyasının yanına bomba qoymuşuq” deyə bildirib.

Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı verən şəxs, Mingəçevir şəhər sakini, 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub.
1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.07.17, 09:28
Bakıda qan töküldü
23.07.17, 07:35
İşğalçı