Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Broyler toyuğunda təhlükə

"Broyler toyuqlarında istifadə edilən antibiotiklər insan sağlamlığını təhdid edir. Yoxlamalar AB səviyyəsinə gətirilməlidir".

Bunu Türkiyə ekologiya və istehlakçı hüquqlarının qoruma dərnəyinin rəhbəri Mustafa Göktaş deyib.

O, insanları bilinməyən yerdən broyler toyuğu almamağa çağırıb. Göktaş qeyd edib ki, mütləq toyuğun markasına, istehsal və son istifadə tarixinə baxılmalıdır:

"Türkiyədə son 20 il ərzində artan toyuq istehsalının iqtisadi baxımdan sevindiricidir, ancaq istehsalda istifadə edilən antibiotiklərin insan sağlamlığına mənfi təsiri də bir gerçəkdir. Antibiotiklərdən yanlış istifadə həyatımızda mənfi fəsadlar yarada bilər. Broyler toyuqlar artdıqca bazarda bu işdən daha çox pul qazanmaq ehtirası artdır", - deyə dərnək rəhbəri bildirib.

Mustafa Göktaş bildirib ki, broyler toyuqlara ciddi nəzarət edilməlidir. Onun sözlərinə görə, toyuğa vurulan insan həyatına təhlükəli maddələrin istifadəsi yoxlanılmalıdır./apa/
1079 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP