Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Bin Ladeni güllələyən xüsusi təyinatlılar araşdırılır

ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təhqiqatlar xidmətinin müstəntiqləri xüsusi təyinatlı Rob Onilin Əlqaidə terror təşkilatının lideri Üsamə bin Ladeni güllələdiyi ilə bağlı açıqlamalarından sonra məxfi informasiyanı faş edib-etməməsi məsələsini araşdırır.

"RİA Novosti" bildirir ki, noyabrda Britaniyanın “Deyli Meyl” qəzeti 2011-ci ildə bin Ladeni güllələyən ABŞ HDQ-nin xüsusi təyinatlısının 38 yaşlı Rob Onil olduğunu müəyyənləşdirib. Onil xidmətdən vaxtından əvvəl çıxarıldığı üçün hərbçilərə verilən bir sıra sosial güzəştlərdən məhrum edidikdən sonra öz kimliyini açmaq qərarına gəlib.

ABŞ HDQ-nin nümayəndəsi Rayan Perri bildirib ki, NCIS müstəntiqləri Əlqaidə liderinin aradan götürülməsinə dair xüsusi əməliyyat haqqında danışarkən qanun pozuntusuna yol verilmə halını araşdırır.

“Deyli Meyl”in verdiyi məlumata görə, Onil 2011-ci il mayın 2-də Amerika xüsusi təyinatlılarının Pakistanın Abbotabad şəhərindəki əməliyyat zamanı Əlqaidə liderini öldürdüyünə görə mükafatla təltif olunub.
1114 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41