Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Kadırov Qroznıdakı hücuma görə təltif edildi - Foto

Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov milli təhlükəsizliyin müdafiəsində göstərdiyi xidmətlərə görə medalla təltif edilib.

Kadırov öz İnstaqram hesabında medalın təqdim edilməsi anının görüntüsünü paylaşıb. Medalı Kremldə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təqdim edib.

Patruşev Kadırovı təltif edərkən bunları qeyd edib:

"Mən həmişə hesab etmişəm ki, təhlükəsizliyin təminatından başlamaq lazımdır. Bunun üçün regionların başçılarına böyük məsuliyyət düşür".

Xatırladaq ki, 4 dekabrda Qroznı şəhərində polis postuna hücum edilmişdi. Hücumun qarşısının alınması zamanı 14 polis əməkdaşı həlak olmuşdular. Kadırov terror aktını törədənlərin ailələrinin Çeçenistan ərazisindən kənarlaşdırılacağına söz vermişdi.
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14