Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Həyatı təhlükədə olan hicab məhbusuna ictimaiyyətdən dəstək

Xəbər verdiyimiz kimi 3-cü “Hicaba azadlıq” aksiyasında həbs olunan və 5 il 6 ay azadlıqdan məhrum edilən Tərlan Ağadadaşovun səhəti ağırlaşıb

Penitensiarı tənqid edən tanınmış ziyalı, “EL” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib: "Pentensiar xidmət təbii ki, Azərbaycan siyasi hakimiyyətinin iradəsinin yerinə yetirən bir idarədir. Hicab məhbusları, ümumiyyətlə “Allahu Əkbər” deyib həbs olunan inanclıların tam əksəriyyətini hansı səbəbə görəsə bu hakimiyyət özünə düşmən sayır. Onlar inanclıları nəinki həbs etmək, hətta əzab əziyyəti davam etdirmək fikrindədirlər. Əgər deyilirki "bu insan əməliyyat olunmalıdır, müalicə almalıdır" Pentensiar xidmət deyir yox, ehtiyyac yoxdur. Bu anlaşılan deyil. Yəni belə çıxır ki, bu insan ölməlidir. Demək hökm verilib nəyin bahasına olursa olsun bunlar həbsxanada "sındırılmalı"dır. Bu Azərbaycanın hakim siyasi sisteminin simasızlığıdır. Buna görə də böyük təəssüf hissi ilə bu məsələyə münasibət bildirirəm ki, Azərbaycanın çox təssüfki hər yerdə dediyi tolerantlıq məsələsi mif olaraq qalır. Biz tolerant məmləkətdə yaşamırıq. Biz əcaib bir məmləkətdə yaşayırıq.”

Tanınmış vəkil, hüquq müdafiəçisi Aslan İsmayılov: “Onun xəstəliyi nədir? O məhkum olunana qədər hansı xəstəlikləri keçirib? Hamısını mətbuat vasitəsilə ictimailəşdirib tələb etmək lazımdır ki, həkim müayinəsindən keçsin. Bunları edib, rəsmi həkim rəyi aldıqdan sonra məsələyə münasibət bildirmək məncə ən uyğun olanıdır.“

Hüquqşünas Namizəd Səfərov: “Qeyd edim ki, Pentensiar xidmət sahələrində, yəni həbsxanalarda dustaqlara göstərilən səhiyyə xidməti acınacaqlı vəziyyətdədir. Bunu ümumiyyətlə ölkənin özünün səhiyyə xidmətinin vəziyyətinin ürək açan olmadığı faktı ilə də izah etmək olar. Lakin həbsxanalarda vəziyyət daha pisdir.Dustağın hər hansı xəstəliyə düçar olması son nəticədə onun ölümünə aparıb çıxaran surətli bir proseslə müşayət olunur.Həbsxanada xəstəliyə tutyulmuş xəstə öz qohumlarının diqqətindən kənarda qalarsa demək olar ki, Allahın hökmünə buraxılmış olar. Hamıya bəllidir ki, azadlıqdan məhrum etmə yerlərində və istintaq təcridxanalarında müalicəyə ehtiyyacı olan xəstələrin müalicəsi onu qohum və ailə üzvlərinin üzərinə qoyulur və bütün müalicə xərcləri onlar tərəfindən ödənilir. Lakin çox təəssüf ki,dustaqların sağlamlıq və müalicəsinə məsuliyyət daşıyan şəxslər xəstənin onun öz hesabına müalicə olunmasına belə məsuliyyətsiz yanaşırlar.Tərlan Ağadadaşovla bağlı məsələ də elə bu səpkidə meydana çıxmış anlaşılmamazlıqdır. İnsanın sağlamlığına səhiyyə işçilərinin belə biganə yanaşması yolverilməzdir. Əməliyyata zərurət yoxdur nə deməkdir ?! Dustaq səhiyyə işçiləri üçün ilk növbədə xəstədir. O azadlıqda olan şəxsin malik olduğu bütün tibbi xidmət hüquqlarından istifadə etmək hüququna malikdir. Bu hüquq heç bir bəhanə ilə məhdudlaşdırıla bilməz. Tərlan Ağadadaşovun zəruri cərrahiyyə əməliyyatına ehtiyacı birmənalıdır. Heç kim zərurət olmadan cərrahiyyə əməliyyatına can atmaz. Bu məsələ ictimaiyyətin diqqət mərkəzində saxlanılmalı və T.Ağadadaşovun ixtisaslı tibbi yardım almaq hüququ təmin edilməlidir. Penitensiar xidmət rəhbərləri dəfələrlə elan etmişlər ki, burada xəstə məhkumlara ən yüksək tibbi xidmət göstərilməsi üçün bütün şətait təmin olunmuşdur.”

Azərbaycanın İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov: “Bu məsələyə münasibət birmənalıdır. Şəxsin əməliyyatı üçün ya Pentensiar xidmət şərait yaratmalıdır, yadaki şəxsin özünün təmin etməsi üçün şərait yaradılmalıdır. Bu cəzaların icrası məcəlləsinin və digər qanunların tələbidir. Bu şərait yaradılmırsa məsuliyyət Pentensiar xidmətin üstündə qalacaq. Çünki onlar hər bir məhbusunun sağlamlığına və həyatına görə məsuliyyət daşıyırlar."/İslamazeri.az/
2202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22