Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Bakıda avtomobil 45 yaşlı piyadanı vuraraq öldürdü

Gecə saatlarında Sabunçu rayonu ərazində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə "Koroğlu" metrosunun yaxınlığında qeydə alınıb. Hələlik sürücüsü məlum olmayan "VAZ 2107" markalı avtomobil Mərdəkan istiqamətində hərəkətdə olarkən qəfil yolu qaçaraq keçmək istəyən piyada 45 yaşlı İntiqam Məmmədovu vurub. Daha sonra arxadan gələn digər avtomobil də piyadanın üstündən keçib.

Piyadanı vuran avtomobilin sürücüsü onu ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırsa da, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə hadisənin baş verməsinə, piyadanın yol hərəkət qaydalarını pozması və yüksək sürət səbəb olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./apa/
1146 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42