Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Rusiyada silahlı azərbaycanlılar saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının xüsusi təyinatlılarla birgə keçirdiyi əməliyyat nəticəsində Moskvada ictimai-iaşə obyektlərinə basqın edən mütəşəkkil cinayətkar dəstə üzvləri saxlanılıb.

Moskva polisindən verilən açıqlamada bildirilir ki, saxlanılan banda üzvlərinin 6-sı azərbaycanlı olub. Onların kimliyi açıqlanmasa da yaşlarının 21-26 olduğu bildirilib.

Dəstə üzvləri saxlanılan zaman polisə müqavimət göstərdiyi də yayılan məlumatlar sırasındadır.

Məlumatda bildirilir ki, banda üzvləri sonuncu dəfə lolotereya klubuna silahlı basqın edəndən sonra polis onların izinə düşüb. Klubdan içində sənədləri olan seyf və 120 min rubl pul aparılıb. Dekabrın 18-i baş verən basqın zamanı lotereya klubunu işçiləri siqnalizasiya sistemi ilə polisə xəbər verə biliblər. Bununla belə Moskva polisi həmin gün banda üzvlərini yaxalaya bilməyib. Daxili İşlər Nazirliyinin Baş Cinayət İdarəsinin əməkdaşları və xüsusi təyinatlıları əməliyyata cəlb edildikdən sonra əksəriyyəti azərbaycanlılar olan banda üzvləri saxlanılıb./ans/
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı