Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

İŞİD xristianlar üçün qadağalarını açıqladı

İŞİD terrorçuları Suriyanın Rakka şəhərində yaşayan xristianlar üçün yeni qadağalar tərtib edib.

Qaydalara görə, xristianlar dua edərkən müsəlmanlar eşitməməlidir, əks halda cəza ölüm olacaq.

İŞİD-in xristianlar üçün qadağalarına aşağıdakılar aiddir:

* xalqa açıq yerlərdə ibadət etmək;

* İŞİD-ə xəyanət etmək;

* kilsələr yaratmaq və ya təmir etmək;

* müsəlmanların yaşadığı yerlərdə və bazar kimi toplu yerlərdə xaç işarələri tərtib etmək;
* dua edərkən müsəlmanların eşitməsi;

* digər dinlərə mənsub olan insanların müsəlman olmasına maneə törətmək;

* islam və ya müsəlmanlara lağ etmək./axar/
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...