Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

HƏMAS-dan xəbərdarlıq: “Odla oynayırlar”

Fələstinin HƏMAS təşkilatının hərbi qanadı “İzzəddin əl-Qəssam” briqadası İsrailə sərt mesaj göndərib.

Briqada İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir üzvünün öldüyünü açıqlayıb.

“İzzəddin əl-Qəssam”dan verilən yazılı açıqlamada hadisə "atəşkəsi pozmaq və bütün qırmızı xətləri keçərək odla oynamaq" olaraq xarakterizə edilib. İsrailin Fələstin xalqına qarşı törətdiyi bütün cinayətlərin əvəzinin veriləcəyini açıqlayan briqada bildirib ki, hazırda müqavimət qrupları qəbul olunacaq qərarı müzakirə edir.
985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24