Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Ağdərənin insan yaşamayan Şıxarx qəsəbəsi - (Fotoreportaj)

Şıxarx qəsəbəsinə hələ bir əsr əvvəl 200 erməni ailəsi köçürülür. Bundan sonra qəsəbə Marquşevan, Marağa, Marağaşen kimi adlandırılır.

1988-ci ildə Ermənistan-Azərbaycan konflikti başladıqdan sonra bu qəsəbənin tarixi az qala yaddaşlardan silir. Ağdərə rayonunda gedən döyüşlərdə bir çox qəsəbə və kəndlər kimi Şıxarx da dağıntılara məruz qalır.

Hazırda Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Qəsəbə sakinləri qonşu kəndlərdə, Azərbaycanın müxtəlif bölgələrindəki yataqxanalarda məskunlaşıb.

Hazırda qəsəbədə demək olar ki, yaşayış yoxdur. Elektrik xətləri işləmir. Təmas xəttinin lap yaxınlığında yerləşdiyindən əraziyə giriş-çıxış yoxlanılır.

Qəsəbədə bütün müəssisə və binalar uçurulduğundan insanlar başqa kəndlərə pənah aparıb. Uşaqlar yaxınlıqdakı Həsənqaya kəndindəki məktəbə gedirlər.

Ağdərə rayonu 1930-cu ildə yaradılıb. 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb.

Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünüb. Hazırda keçmiş Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da Ağdərə şəhəri də daxil bir çox əraziləri erməni işğalı altındadır.

Fotolar Famil Mahmudbəylinindir ("Azadlıq" radiosu).

3343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55