Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Macarıstanın baş naziri ABŞ-ı ittiham edib

"Amerika bir çox ölkələrin siyasi həyatına qarışır"
Beynəlxalq arenada ABŞ-ın hərəkətlərinə qarşı sərt mövqe nümayiş etdirməsi ilə tanınan Macarıstanın Baş naziri Viktor Orban növbəti dəfə Ukraynadakı vəziyyət və Avropanın Rusiyaya təzyiqləri ilə bağlı fikirlər səsləndirib.

Rusiyanın NTV telekanalının məlumatına görə, Macarıstanın M1 telekanalına müsahibəsində ABŞ-ın Ukraynadakı hadisələr fonunda Rusiya ilə yeni soyuq müharibə vəziyyətinə girdiyini deyən Viktor Orban Birləşmiş Ştatların bu qarşıdurmaya köhnə dünyanı da cəlb etmək istədiyini vurğulayıb.

Macarıstanın Baş naziri, həmçinin ABŞ-ı bir çox ölkələrin siyasi həyatına qarışmaqda ittiham edib. Moskva əleyhinə sanksiyaların qatı əleyhdarı olan Viktor Orban bunun Rusiyadan çox Avropa İttifaqına zərər vuracağını demişdi. Daha sonra isə o, Vaşinqtonu Rusiya ilə energetika sahəsində əməkdaşlığa görə Macarıstana təzyiq göstərməkdə günahlandırmışdı.
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42
Sur