Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

“Berlin-Moskva yaxınlaşması ABŞ üçün başağrısıdır”

"Amerika Ukraynada stabilliyi pozdu və Yanukoviç hökumətini devirdi. Bu fəaliyyətin məqsədlərindən biri Qərbin çox qorxduğu, Moskva-Berlin yaxınlaşmasına əngəllər yaratmaq idi” – deyə Stratfor İntelligence Centr–in rəhbəri Corc Fridman bildirib.

"Soyuq Müharibə dövründə Avropa daxilində sərhədlər dəyişməmişdi. Ancaq sonradan bunun Avropanı destabilizasiya edə biləcəyi qorxusu yaranmağa başlandı.

Soyuq Müharibə sona çatan kimi dərhal Yuqoslaviya parçalandı və Avropa qitəsində yeni sərhədlər formalaşdı. Eyni proseslər Qafqaz regionunda başlandı.

Avropada sərhədlərin yenidən müəyyən edilməsi prosesi hələ sona çatmayıb. Bir neçə ölkədə baş verən proseslər, Birləşmiş Krallıqda Şotlandiya, İspaniyada Kataloniya məsələləri bu prosesin sona çatmadığını bariz şəkildə göstərir. Ukrayna böhranı da bu prosesin davamı oldu: əhalinin bir hissəsi Avropa Birliyinə, digər hissəsi isə Rusiyaya birləşmək istədi. "Rusiyanın Krımı ilhaq etməsi Soyuq Müharibənin sonundan bəri ilk dəfə qitə daxilində zorakı şəkildə sərhədlərin dəyişdirilməsi idi” fikri tamamilə cəfəngiyyatdır. Bu prosesin presedenti Yuqoslaviyada baş verdi. Amerikalılar bunu yaxşı başa düşürlər. O vaxt əsas hadisələr Kosovada cərəyan etdi və ABŞ regiona birbaşa müdaxilə etdi. Bu balans yenidən bölüşdürülən zaman amerikalıların hücum siyasəti idi.

Onlar Birinci Dünya Müharibəsi zamanı çar II Nikolayın taxtdan devrilməsindən sonra və İkinci Dünya Müharibəsi zamanı isə məqsədli olaraq yalnız 1944-cü ilin iyununda ikinci cəbhəni açaraq eyni ilə bu siyasəti yürütmüşdülər. Hər iki halda, Amerika Almaniyanın Avropada hökmran olmasının qarşısını aldı. Rusiya ilə Almaniya arasında mümkün ittifaq ABŞ üçün potensial təhlükədir.



Çünki bu birlik, alman kapitalı və texnologiyası ilə Rusiyanın insan və təbii resurslarının birləşməsi deməkdir. Bundan dolayı da, Kreml qərb sərhədlərində bufer zonası yaradır. Bu vəziyyət Moskva, Belarusiya, Ukrayna, Baltik dövlətləri və Şərqi Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Vaşinqton sanksiyalardan, Ukrayna böhranından və Orta Şərqdəki siyasi təlatümlərdən istifadə yolu ilə Moskvada rejim dəyişikliyi etməyə çalışmır. Çünki, Putinin gedişi və daha qatı millətçilərin hakimiyyətə gəlməsi ehtimalı amerikalılar üçün vəziyyətin daha da nəzarətdən çıxması anlamına gəlir. ABŞ-ın bu addımlarının məqsədi Rusiyanın fəaliyyət məkanını daraltmaqdır. Ona görə, Vaşinqton Kiyevdə pro-Amerika hakimiyyətinin qurulmasına son dərəcə maraqlıdır. Çünki bu, ABŞ-ın milli təhlükəsizlik strategiyasıdır.” – deyə Corc Fridman qeyd edib.
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08