Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Xəstəliklərin çarəsi bu tərəvəzdədir

Balqabaq çox zəngin mineral tərkibə malik tərəvəzdir.

Hazırda bu məhsulun əsl vaxtıdır. Balqabaq A,B, C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium,nişasta), pektin maddələri ilə zəngindir.

Tərkibi liflə zəngin olan qidalar arıqlamaq istəyənlər üçün ən yaxşı məhsuldur. Uzun müddət toxluq hissi yaratdığı üçün pəhrizdə olanlara kömək edir. Həzm sisteminin işini tənzimləyir, qəbzliyin qarşısını alır.

Bir stəkan bişmiş balqabaqda 11,7 mg, bir stəkan bişmiş yerkökündə 6,6 mg alfa karoten var. Bu tərəvəzin tərkibindəki beta karoten sayəsində ürək xəstəliklərinin qarşısını alır, xərçəngə qarşı immuniteti artırır. Bədəni mikroblardan qoruyur.

Tərkibindəki A vitamini sayəsində dəri və hüceyrə yenilənməsini sürətləndirir, saçları gücləndirir, tökülməsinin qarşısını alır.

Balqabaq bəlli olan ən güclü antioksidantlardandır. Bu antioksidanlar orqanizmimizin "paslanmasının" qarşısını alır. Tərkibindəki yüksək beta karoten görmə qabiliyyətini artırır, Alzeymerdən qoruyur. Bu məhsul komputer qarşısında oturanlar üçün əsl tapıntıdır. Həm göz, həm də beyin sağlamlığını qoruyur.

Sidik qovucudur
İltihabları təmizləyir
Prostat xəstəliklərində faydalıdır
Bağırsaq və mədənin fəaliyyətini tənzimləyir
Təzyiqi salır
Qan yaradır
Toxumları öskürəyi kəsir
Sinəni yumşaldır

28.3 qram balqabaq toxumu gündəlik maqnezium ehtiyacınızın bir qismini qarşılaya bilər.

Tərkibində şəkər olsa da kalorisi yüksək deyil. Balqabağı istənilən formada yemək olar. Onun həm şorbası, həm şiiyyatı, həm də qızartmasını etmək olar.

Balqabağın gözəllik üçün də faydaları əvəzsizdir.

Bişmiş balqabağı pure halına salın. İçərisinə bir miqdra bal və süd əlavə edin. Məcun şəklinə salaraq 15 dəqiqə üzünüzdə saxlayın. Bu maska dərinin yenilənməsinə və nəmlənməsinə kömək edir.

Bir qaşıq çobanyastığı, bal, şəkər tozunu 2 qaşıq balqabaqla qarışdırın. 2–5 dəqiqə dəriyə masaj edin. Daha sonra yumşaq bir fırça ilə təmizləyin və su ilə yuyun. Bu maska sayəsində dərinin ölü hüceyrəlrədən təmizləndiyinin, parlaq dəriyə sahib olduğunuzu görə biləcəksiniz.
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın