Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Ana südünün tərkibindəki zülallar HİV virusunu zəiflədir

Hər il yüz minlərlə körpə QİÇS xəstəliyinə yoluxur. Onlar ya ana bətnində, ya da ana südü yolu ilə xəstələnir.

Son araşdırmalara görə, ana südünün tərkibindəki zülallar virusu zəiflədir. Züllaların uşaqları xəstəlikdən qoruduğu da müəyyən edilib.
İndi ekspertlər hesab edir ki, bu ixtira uşaqları xəstə analarından müdafiə edə bilər.

Xəstəliyin qarşısının alınması üçün hazırda antiretroviral dərmanlardan istifadə edilir. Onlar həm analar, nəm də uşaqlara verilir.

Bu dərman preparatı əhəmiyyətli dərəcədə infeksiyanın qarşısını alsa da, ekspertlər ana südü vasitəsi ilə xəstəliyə az uşağın yoluxduğunu deyir.

Şimali Karolinanın Dük universitetinin professoru Salli Permarın dediyinə görə, ana südü yeyən körpələrin xəstəliyə müqaviməti güclü olur.
Anası xəstə olan körpələrin ana südü yolu ilə ancaq 10 faizi xəstələnir.

İnfeksiyanın belə aşağı göstıricisi alimlərin diqqətini çıkib. Onlar arasınsa professor Permat da var. Məhz o, ana südündə hansı maddənin xəstəliyə mane olduğunu aşkarlayan araşdırma komandasına rəhbərlik edib.

Araşdırmalar TNC adlandırılan Tenacin-C zülalının yardımçı rolunu müəyyən edib. Bu zülaldan yaraların sağalması üçün istifadə edilsə də, onun daha bir qüvvəyə malik olduğu məlum deyildi.

Alimlər sağlam qadının südündən alınan zülalı virusa yeridib. Məlum olub ki, virus tamamilə təsirini itirib. İndi alimlər dərman preparatlarının olduqca baha olduğu bölgələrdə bu vasitə ilə xəstəliyin yayılmasına mane olacaqlarını düşünür.

Həkimlər deyir ki, ana südü verilməzdən əvvəl uşaqların TNC qəbul etməsi onların HİV virusuna yoluxma riskini azalda bilər.

Bəlkə bu yolla virusun dərmanlara müqaviməti problemi də həll edilmiş olar./med.az/
2193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi