Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Fransada işsizlərin sayı rekord həddə çatıb

Sonuncu satistik hesablamalara əsasən, Fransada işsizlik səviyyəsi rekord həddə çatıb.

İnterAz-ın "BBC"-yə istinadən məlumatına görə, rəsmi statistik göstəricilər bunu deməyə əsas verir. Noyabr ərzində işsizlərin sayı 27400 nəfər artmaqla ümumilikdə 3488300 nəfərə çatıb. Bu isə, o, deməkdir ki, ötən ildən bəri işsizlərin sayı 5.8 faiz həcmində artıb ki, bu da qeydə alınan ən yüksək göstərici hesab olunur.

Dünyada işsizlərin sayını araşdıran Beynəlxalq Əmək Təşkilatı Fransada işsizlər ordusunun sayca daha çox olduğunu bildirir. Belə ki, təşkilatın hesablamasına görə, ilin üçüncü rübündə işsizlərin sayı 2.84 milyon nəfər olub ki, bu da 9.9 faizə bərabərdir.

Rəsmi rəqəmlərə əsasən, ölkənin cari il üçün iqtisadi inkişaf göstəricisi cəmi 0.4 faiz təşkil edib.

Bildirək ki, 2012-ci ildə hakimiyyətə gəlmiş Fransua Ollandın seçkiqabağı əsas şüarı məhz çoxlu iş yerlərlərinin açılması olub. Onun sonuncu açıqlamasında qeyd olunur ki, əgər məqsədinə nail ola bilməsə, 2017-ci ildə prezident seçkilərində iştirak etməyəcək.
980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<