Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

İsrail İranın nüfuzuna mane olmaq gücündə deyil

İsraildə fəaliyyət göstərən Moşe Dayan və Amerikada fəaliyyət göstərən Belfor Strateji Araşdırmalar Mərkəzlərinin ekspertləri Yerusəlim Post qəzetinə müsahibə vermişlər.
Nur-az.com-un Fars News-a istinadla verdiyi məlumata əsasən, regionun yüksək səviyyəli ekspertləri İranın regiondakı nüfuzunu təkidlə vurğulamış və Tel-Əvivin bu barədə gücsüzlüyünü bildirmişlər. Onlar bildirib: Hal hazırda Yaxın Şərq regionunun dörd paytaxtı, yəni Səna, Beyrut, Bağdad və Dəməşqin kontrolu İran İslam Respublikasının əlindədir.
Belfor araşdırmaları mərkəzinin eksperti Çak Friliç müsahibəsində deyib: Husilər İranın dəstəyi və İsrailin nəzarəti ələ ala bilməməsi nəticəsində inkişaf etdi. Husilərin Yəməndə irəliləməsi İsrail üçün mənfi nəticələnəcək.
Ç. Friliç əlavə edib: Belə müharibələrin, kimin qələbə çalacağından asılı olmayaraq, İsrailə mənfi təsirləri var. İsrailin Yəməndəki mənafeyi Qırmızı dənizdə azad gəmiçiliklə məşğul olmağı qorumağa köklənmişdi. Əlbəttə, İranın bütün regiondakı təcili nüfuzunu da dayandırmaq lazım idi.
Belfor Araşdırmalar Mərkəzinin yüksək dərəcəli eksperti əlavə edib: Təəssüflər olsun ki, İsrail İranın regiondakı nüfuzunun qarşısını almaq üçün cüzi addımlar atmağa qadirdir. Biz rəsmi Tel-Əvivin öz qonşuluğunda olan mübariz qruplara qarşı xüsusi bir iş görə bilmədiyinin şahidi olduq.
O Riyaz və Tel-Əvivin İrana qarşı koalisiyası barədə belə proqnoz verib: “İsraillilərlə səudiyyəlilər arasında və hətta regionun digər sünni ölkələrinin yeni koalisiyasının yaranacağına inanmırıq. Ola bilər ki, onlar İrana nifrət edirlər. Lakin, bu yolda bir-birilə razılaşmağa qadir deyillər.
İsrailin Moşe Dayan Araşdırmalar Mərkəzinin müdiri Yuzi Rabi də bu barədə öz fikrini belə bildirib: İsrail düşmən ölkələrə qələbə qazanmaq üçün “İsrail ərəb olmayan ölkələrin özü ilə birləşməsi” doktrinasına inanır. Xüsusilə bu doktrinanı İranın Yəməndəki nüfuzu ilə mübarizədə istifadə edə bilər.
Bu israilli ekspert də Yerusəlim Post qəzetinə müsahibə verib. O deyib: 1979-cu ildə İranda İslam İnqilabının qələbəsi və Türkiyənin Ədalət və İnkişaf Partiyasının İsraillə düşmənliyinin artması Tel-Əvivin regiondakı bütün strateji planlarını alt-üst etdi.
Yuzi Rabi İranın regiondakı, xüsusilə Yəmən hadisələrindən sonrakı nüfuzu ilə mübarizə aparmaq Riyaz və Tel-Əvivin koalisiyası barədə deyib: Hazırda İranın regiondakı hegemonluğu əleyhinə İsrail və Səudiyyə Ərəbistanı arasındakı koalisiyasının birgə fəslidir. Necə ki, İsrail Azərbaycanı İran əleyhinə öz doktrinasında xidmətə almağı bacarıb, yenə də bu plana baxaraq mövcud fürsətlərdən bəhrələnə biləcək.
Rabi İran rəsmilərinə istinadla deyib: Hal hazırda Yaxın Şərq regionunun dörd paytaxtı, yəni Səna, Beyrut, Bağdad və Dəməşqin kontrolu İran İslam Respublikasının əlindədir.
Bu israilli ekspert sonda neftin ucuzlaşmasına da münasibət bildirib: Hazırkı dövürdə neftin ucuzlaşması “Səudiyyə Ərəbistanının İran əleyhinə acıq çıxma hücumu”dur.
937 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber