Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Lavrov: "ABŞ Avropa Birliyini məcbur edib..."

Bir çox Avropa ölkələri Rusiya Federasiyana qarşı sanksiya tətbiq edilməsi məsələsində neytral idilər, məhz ABŞ məcbur edib ki, AB bütünlükdə onun tələbinə tabe olsun. Bu barədə RF-nin xarici işlər naziri Sergel Lavrov bildirib.

Lavrov "Kommersant" qəzetinə verdiyi müsahibədə deyib: "Artıq bu heç kəsə sirr deyil ki, Avropa Birliyini Rusiyaya sanksiya tətbiq etməyə ABŞ vadar edib. Bir neçə ay öncə vitse-prezident Co Bayden də Amerikadakı universitetlərin birində çıxışı zamanı bu barədə birbaşa, utanmadan danışmışdı".

Lavrovun sözlərinə görə, sanksiyalar mühüm dərəcədə Rusiyanı rəqib kimi aradan götürməyə yönəlib.
Gələn il sanksiyaların davam edib-etməyəcəyi barədə danışan Lavrov qeyd edib ki, RF bu xüsusda proqnoz vermir, "bu onların problemidir". Bundan başqa, nazir Rudiyanın hazırda məşğul olduğu ticari-iqtisadi diversifikasiyanın mühümlüyünü qeyd edib./musavat/
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber