Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

İraq: İŞİD-lə mübarizədə ABŞ-a heç bir etimadımız yoxdur

İraqın Diyala əyalətinin təhlükəsizlik komitəsinin rəisi Sadiq əl-Hüseyni əs-Sumaria News agentliyinə bildirib: Bu əyalətin rəsmiləri Amerikanın təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinə (İŞİD) qarşı keçirdiyi əməliyyatların səmimiliyinə inanmırlar.
Nur-az.com-un Fars News-a istinadlı məlumatına əsasən, o deyib: Bu əyalətdə indiyə qədər qazandığımız bütün qələbələr silahlı qüvvələr və xalq qruplaşmaları vasitəsilə olmuşdur. Bizə yardım edən koalisiya qüvvələrinin təyyarələri olmayıb.
O əlavə edib: Amerika İŞİD-lə mübarizəsində bir gün də sədaqətli olmayıb. Əksinə, bu məsələni başqa ölkələrin işinə müdaxilə etmək üçün bir bəhanəyə çevirib.
Əl-Hüseyni bildirib: İŞİD-i Amerikanın regiondakı siyasətləri yaradıb. Habelə, Amerika İŞİD-i dəstəkləyən ölkələri çox yaxşı tanıyır. Lakin onlara göz yumur.
O deyib: Bizim İŞİD-lə mübarizədə Amerika qırıcılarına ehtiyacımız yoxdur. Əksinə, İŞİD-i məhv edən bizim iman və iradəmizdir.
1301 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP