Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Azərbaycanda ana iki yaşlı oğlunu boğub öldürdü

Lənkəran rayonunda uşaq ölümü faktı baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Digah kəndində qeydə alınıb.

Kənddə kirayədə qalan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın iki yaşlı oğlu Məhəmməd ölmüş vəziyyətdə aşkarlanıb.

Ana hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib. İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib.

S. Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb./apa/
1085 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi