Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

İŞİD-in kimyəvi silahlarını ABŞ hazırlayıb

İŞİD yaraqlıları Ənbər vilayətində aparılan hərbi əməliyyatlar zamanı zəhərli xlorin qazı olan raketlərdən istifadə edib.

Raketlər yaşayış məntəqələrinə düşdüyünə görə yerli sakinlərə zərər dəyə bilər. Yerli mətbuata görə, terrorçuların hədəfi Hit şəhəri olub.
Bildirilir ki, İŞİD –in xlorinlə hücumu sentyabr ayında Ramadidə də baş verib. "New York Times" jurnalistləri həmin vaxt İraqda kimyəvi silahların olması faktı barədə susdular. Çünki 80-ci illərdə kimyəvi silahlar proqramında Qərbin rolu vardı, hansı ki, bu bəhanəylə də Səddam Hüseyin devrilmişdi. Amerika kimyəvi silahın hazırlanması üçün istifadə olunan qaz üçün bütün texniki təminatı özü aparırdı. Kimyəvi silah komponentlərinin istehsalı üçün fabrik kompleksinin tikintisi ilə bağlı işləri isə Almaniya həyata keçirirdi. İran-İraq müharibəsi zamanı bu silahlardan istifadə edildi.
1991-ci ildə Körfəz müharibəsi zamanı silah komplekslərinin çoxu məhv edildi. ABŞ işğalından sonra ölkəni əhatə edən xaos zamanı bu ölkədə minlərlə mərmi vardı. İraqda kimyəvi silah istehsalının əsas mərkəzi Əl-Mütənnə idi . Qəzet müxbirləri ora 2013-cü ildə daxil olmağa cəhd göstərmişdi. Onlar orda sarin və xardal qazı olan köhnə raketlər tapmışdılar. Hazırda məhz həmin ərazı İŞİD-in nəzarəti altındadır./tia/
1044 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı