Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Rusiya: “Fələstin dövlətinin yaradılmasına səs verəcəyik”

“Rusiya BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qətnaməsini dəstəkləyəcək”.

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov söyləyib.

Onun sözlərinə görə, səsvermə yaxın vaxtda keçirilə bilər:

“Fələstinlə bağlı səsvermə yaxın zamanlarda baş tuta bilər. Lakin hələ ki, onlar dəqiq tarix açıqlamayıblar. Biz artıq neçənci dəfədir ki, qətnaməni dəstəkləyəcəyimizi söyləmişik. Rusiya Təhlükəsizlik Şurasının 15 üzvünü təmin edən, Fələstin-İsrail münaqişəsinin həllinin praktiki şəkildə həllinə yönəlmiş nəticələri görmək istəyir. Biz Fələstinə veto qoyulmasının tərəfdarı deyilik”.

Qeyd edək ki, İordaniyanın təqdim edilən qətnaməyə əsasən, 12 ay ərzində Fələstin-İsrail konfliktinin həlli üçün BMT Təhlükəsizlik Şurası hərtərəfli dəstək verməli və suveren Fələstin dövlətinin yaradılmasına baxmalıdır. Üstəlik, qətnamədə 2017-ci ildən gec olmayaraq, İsrail qoşunlarının işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb edilir.
1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44
Ayətullah Xamenei: &q