Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2014

İraq İŞİD-lə mübarizədə Türkiyədən kömək istədi

İraqın baş naziri Heydər əl İbadi İŞİD terror qruplaşması ilə mübarizədə Türkiyənin dəstək verəcəyinə ümid bəsləyir.

“Assoşieyted Press”in verdiyi xəbərə görə, bu barədə o ötən gün İstanbula səfəri zamanı deyib.

“İŞİD tək İraq və Türkiyə üçün deyil, bütövlükdə, bütün bölgə üçün təhlükədir. Əməkdaşlığa böyük zərurət var. Biz məhz bunu Türkiyədən gözləyirik”, deyə əl İbadi qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlıq fəaliyyətin müxtəlif sahələrini əhatə edə bilər: kəşfiyyat xarakterli məlumatların mübadiləsi, hərbçilərin hazırlanması və təlimi, silah-sursatla təminat və s.
1097 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber