Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2014

İŞİD yaraqlılarının Mosuldan çıxmağa başladığı bildirilir

İŞİD artıq koalissiya qüvvələri və İraq ordusu ilə mübarizədə zəifləyir.

İŞİD terror qruplaşmasının İraqın Neynəva vilayətinin mərkəzi Mosulu boşaltmağa başladığı bildirilir. Bu barədə Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan İsmət Rəcəb xəbər verib.

O bildirib ki, Peşmərgə qüvvələrinin Kəskə bölgəsinə irəliləməsilə Mosulun İŞİD-çilərin nəzarətləri altında olan 17 iyul məhəlləsi və ətraf bölgələr tərk ediblər. Daha sonra İŞDİ yaraqlıları ailələrini də Mosuldan çıxarmağa başlayıblar.

Mosul valisi Əsil Nuceyfi isə açıqlamasında qruplaşmanın böyük hissəsinin Mosulun ətrafındakı kəndlilərdən ibarət olduğunu və İraq ordusunun şəhəri xilas etməsindən sonra onların öz yerlərinə göndərəcəyini bildirib.

Qeyd edək ki, Mosulun Kəskə bölgəsi İŞİD-in avqustun 2-də raket zərbələri atmasından sonra əldən çıxmışdı. Hücum zamanı 1 peşmərgə və 40 mülki vətəndaş yaralanmışdı.

İŞİD terror qruplaşması iyunun 10-dan etibarən Mosulu işğal altında saxlayır.
1054 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17