Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2014

Avropada məscid yenə təhqir olundu

Avropada müsəlmanlara qarşı növbəti hücum faktı qeydə alınıb.

Avstriyada məscidin qapısına donuz burnu və içalatı atılıb.

Hadisə Vayna şəhərində “Türk-İslam Birliyi” təşkilatına aid “Kocatepe” məscidində baş verib.

Sübh namazı üçün məscidə gedən din xadimi Bayram Karar məbədin bu şəkildə təhqir olunduğunu görərək polisə xəbər verib.

Yerlilər, son günlər məscidlərə qarşı hücumların çoxaldığını, polisin isə bu kimi faktları ciddi araşdırmadığını deyir.

Qeyd edək ki, son 5 ayda Avropanın müxtəlif ölkələrində çox sayda hicablı qadın fiziki hücumlara və sataşmalara məruz qalıb./ans/
1114 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11