Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2014

İsveçdə məscid yandırıldı

İsveçin Eskilstuna şəhərində naməlum şəxs məsciddə yanğın törədib.Bu barədə Expressen nəşri məlumat yayıb.

Məlumata görə, insident İsveçdə miqrasiya ilə bağlı gərgin diskussiyalar fonunda baş verib.

Yandırılan məscid yaşayış binasının birinci mərtəbəsində yerləşir. Hadisə baş verən zaman məsciddə 20-dək dindar olub.

Şəhər polisinin məlumatına görə, naməlum şəxs binaya yaxınlaşaraq yandırıcı maye ilə dolu əşyanı pəncərədən içəri atıb. Bundan dərhal sonra yanğın başlayıb. Hadisə nəticəsində, 5 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hələlik heç kim saxlanılmayıb.
1081 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber