Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2014

Terrorçu Səddam öldürüldü

İlin sonu Pakistanda baş verən dəhşətli hadisəni törədənlərdən biri zərərsizləşdirilib. Söhbət ölkənin Peşəvər şəhərində hərbi məktəbə edilən terror hücümundan gedir.

Pakistanın Peşəvər şəhərində hərbi məktəbə edilən hücumun təşkilatçılarından biri, ordu qüvvələri tərəfindən öldürülüb. Bunu keçirdiyi brifinq zamanı Xayber vilayətinin polis rəisi Şabab Əli Şah açıqlayıb:

“Təhlükəsizlik qüvvələri kəşfiyyatdan aldıqları məlumata əsasən, Xayber tayfa regionunda reyd keçirilib və baş verən atışmada Səddam adlı silahlı öldürülüb. Daha altı nəfər silahlı isə yaralanıb və həbs edilib”.

Polis rəisinin məlumatına görə, Səddam adlı zərərsizləşdirilən şəxs “Taliban”ın Peşəvərdə hərbi məktəbə hücum planının hazırlanmasına yaxından kömək edib. Zərərsizləşdirilən şəxsin həm də səhiyyə işçilərinə qarşı bir neçə hücum həyata keçirdiyi də deyilir.

Dekabrın 16-da bir qrup silahlı şəxs Peşəvərdə hərbi məktəbə hücum edərək 500 nəfəri girov götürdülər. Bir neçə saat davam edən əməliyyatdan sonra silahlılar zərərsizləşdirildi. Əməliyyat nəticəsində məlum oldu ki, böyük əksəriyyəti uşaq olmaqla 148 nəfər həlak olub./ans/
1062 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP