Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2014

İran ordusu yeni pilotsuz təyyarəsini sınaqdan keçirib

Quru Qoşunları Komandanlığı general-leytenantı Əhməd Rza Purdəstan bildirib ki, pilotsuz təyyarənin sınağı Hörmüz boğazında davam edən genişmiqyaslı hərbi təlimlər zamanı həyata keçirilib.

Yeni pilotsuz təyyarənin özəlliyi ondan ibarətdir ki, təyyarə hücuma keçərək hədəfi dəqiq vurduqdan sonra özünü məhv edir.

"Raad" (göy gurultusu) adlı pilotsuz təyyarə 250 kilometr məsafədəki hədəfi dəqiq vurur. İran ordusu bu təyyarəni "hərəkətli bomba" adlandırır.

Qeyd edək ki, İran ordusu Hörmüz boğazında "Məhəmməd Rəsuləllah" adlı genişmiqyaslı hərbi təlimlər keçirir. Təlimlər bir həftə davam edəcək.
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...