Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Namazın rüku və səcdənin zikrini bədən aram halında demək vacibdir, onda əgər aram olmadan və qəsdən desə namaz batil olarmı? Rüku və səcdədən qalxanda təkbir deyəndə də bədən aram olması vacibdirmı? Rükuya ya səcdəyə gedən vaxt Allahu Əkbər desəm caizdir yoxsa, onda da bədənin aram halda deyilməsi vacibdir?
Ad: Ölkə: Müctəhid: Ayətullah Fazil

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Namazın rüku və səcdələrinin zikri kimi vacib olan zikrləri bədənin aram olduğu halda deyilməlidir. Əgər bir kəs bilərəkdən bədənin aram olmadığı halda vacib zikrləri deyərsə namazı batildir. Səhvən də olarsa gərək yenidən bədənin aramlığı ilə desin.
Həmçinin namazın müstəhəb zikrləri də əgər namazın müstəhəb zikri niyyəti ilə deyilərsə ehtiyat vacibə əsasən bədənin aram halında deyilməlidir, amma əgər bir kəs mütləq zikr qəsdi ilə (nəinki namazın müstəhəb zikri qəsdi ilə) deyərsə, rükuya və səcdələrə əyilib duranda da, deyə bilər.
Buna görə də əgər bir kəs təkbiri (Allahu əkbəri) rukudan qabaq və sonra, yaxud səcdələrdən qabaq və sonra namazın müstəhəb zikri qəsdi ilə deyərsə ehtiyat vacibə əsasən, bədən aram olan halda deməli, sonra rüku və səcdəyə gedərək, yaxud rüku və səcdələrdən qalxaraq, aram olandan sonra zikri deməlidir.
Əgər namazın müstəhəb zikri niyyəti ilə deyil, əksinə təkbiri mütləq zikr qəsdi ilə deyərsə, rüku və səcdələrə gedəndə yaxud başını rüku və səcdələrdən qaldırandan sonra qalxan halda deyərsə maneəsi yoxdur.
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
<