Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

27 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 12-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Dekabrın 28-29-da atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Xəbərdarlıq
Respublikanın əsasən dağlıq, dağətəyi rayonlarında və Abşeron yarımadasında dekabrın 28-də arabir güclənən cənub-qərb küləyi dekabrın 28-i axşam, 29-u gecə və səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber