Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

İşğalçı İsrailin "Facebook" əməliyyatı

İşğalçı İsrail polisi "Facebook"da paylaşım edən 8 fələstinlini həbs edib.

Fələstin Ali İslam Şurasının sədri və keçmiş Qüds müftisi İkrimə Səbri İsrailin fələstinliləri sosial şəbəkələrdə izlədiyini və paylaşdıqlarını bəhanə edərək onları həbs etdiyini bildirib. Səbri Məscidi-i Əqsada etdiyi cümə xütbəsində İsrail polisinin bu gün Qüdsdə 20 fələstinlini həbs etdiyini deməklə yanaşı, İsrailə bu fürsəti verməmək üçün diqqətli olmaq barədə çağırış edib.

Qondarma İsrail höküməti həbsləri təsdiq edib. Verilən rəsmi açıqlamada bildirilib ki, 8 nəfər "Facebook"da etdiyi paylaşımda İsrail polisinə və əsgərlərinə hücumlara təhrik etmək məqsədi daşıyıb.

Qeyd edək ki, fələstinlilər son dövrlər sosial şəbəkələrdən istifadə edərək İsrailin etdiyi qəddarlıqları bütün dünyaya nümayiş etdirirlər.
1031 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38