Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

Rusiya prezidenti ölkəsinin yeni hərbi doktrinasını təsdiq edib

Rusiya prezidenti Vladimir Putin ölkəsinin yeni hərbi doktrinasını təsdiq edib.

Doktrinada ən əhəmiyyətli xarici təhdid olaraq NATO-nun hərbi potensialının artması göstərilib.

Yeni sənəddə Rusiyaya təhdid olan başlıca xarici faktorlar arasında NATO-nun hərbi potensialının genişləndirilməsi, strateji raket müdafiə sistemlərinin qurulması və genişləndirilməsi, qonşu ölkələrdə hərbi güc istifadə edilməsi, qonşu ölkələrdə Moskvanın maraqlarını təhdid edəcək siyasətçiləri hakimiyyətə gətirilməsi kimi faktorlar göstərilib.

Rusiyaya təhdid edən daxili faktorların başında konstitusiya quruluşunu dəyişməyə istiqamətli fəaliyyətlər, Rusiyanın bütövlüyü, birliyi və suverenliyinə qarşı terrorçu təşkilatlarının, ya da fərdlərin fəaliyyəti yer alıb. Putinin təsdiqlədiyi yeni hərbi doktrina sənədinə Rusiyanın Şimal dənizi bölgəsindəki maraqlarının qorunması, Abxaziya və Cənubi Osetiya ilə əməkdaşlığın artırılması kimi maddələr də əlavə olunub./ans/
1023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39