Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

İsveçdə daha bir məscidə hücum edildi

2014-cü ildə bu ölkədə məscidlərə 12 dəfə hücum edilib

İsveçdə daha bir məscidə hücum edilib. Dünən gecə Eskilstuna şəhərində məscidə edilən hücumun ardından daha bir məscidin hücuma məruz qaldığı bildirilir.

"Aftonbladet" qəzetinin yazdığına görə, Eskilstuna şəhərində bir məscidin yandırılmasının ardından müsəlmanların ibadət etdiyi başqa bir məscid də hücuma məruz qalıb.

Həmin məscidlərin bir-birinə yaxın olduğunu xəbər verən qəzet hücum edənlərin kimliyinin hələ də polis tərəfindən müəyyən edilməməsindən narahatlıq ifadə edib.

Başa çatmaqda olan 2014-cü ildə İsveçdə məscidlərə 12 dəfə hücum edilib./ans/
1001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber