Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

İctimai qurum rəsmi Bakını repressiyaları dayandırmağa çağırır

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı məhkum Elşad Babayevin həbsxanada öldürülməsi və dustaq Babək Ədalətin ailə üzvlərinə təzyiqlərə etiraz bəyanatı yayıb.

Sənəddə bu qanunsuzluqlar bütünlüklə ölkədə söz, ifadə, mətbuat, sərbəst toplaşmaq azadlıqlarının tapdanması, zorakılıq və qanunsuzluğun davamı etməsi kimi dəyərləndirilir.

E.Babayevin həbsxanada öldürülməsi məhbuslara amansız yanaşmanın göstəricisi sayılır.

Bu ölümə dustaqların haqlı etirazına Penitensiar Xidmətin “müəssisənin iş ahəngini pozması” kimi yanaşması qəti şəkildə pislənilir.

“Bu ölüm hadisəsilə bağlı indiyə kimi heç kimin cəzalandırılmaması faktı Penitensiar Xidmətə məxsus həbs yerlərində məhbuslara qarşı zorakılıq və korrupsiyanın rəhbərlik və daha yuxarı səviyyədə himayə olunmasının göstəricisidir”, deyə sənəddə qeyd edilir. Sənəddə ölkə həbsxanalarında məhbuslara münasibətin dözülməz səviyyədə olduğu vurğulanır.

Sənəddə deyilir ki, həbsdə olan partiya sədri Babək Ədalətin qızı dekabrın 24-də başına torba keçirilərək naməlum şəxslər tərəfindən oğurlanıb. Qızı oğurlayan əli silahlı şəxslər onun başına silahla vuraraq, yolun kənarına atıblar. Həbsdə olan ata bundan psixoloji sarsıntı keçirib.

Müəlliflər vəkil Xalid Bağırovun vəkillikdən uzaqlaşdırılmasına, ilahiyyatçı Elşən Mustafaoğlunun həbsinə də mənfi münasibət ifadə edirlər.

“Sənəd müəllifləri son olaraq rəsmi Bakını həbsdə olan bütün siyasi və günahsız məhbusları azad etməyə, ictimai-siyasi fəallara qarşı repressiyaları dayandırmağa çağırır”.
939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...