Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

Kadırov: Ukraynaya bir saat vaxt verdim

"Onlara 1 saat vaxt verdim. Ukrayna tərəfi düz bir saatın tamamında girovları azad etdi".

Bu səzləri Çeçenistan lideri Ramzan Kadırov may ayında Ukrayna hərbçiləri tərəfindən girov götürülmüş LifeNews media holdinqin əməkdaşlarının azad edilməsi prosesindəki xidmətlərindən danışarkən bildirib.

"Biz onları Ukraynadan geri aldıq. Sadəcə geri aldıq. Çünki biz onlara dedik ki, əgər jurnalistləri geri qaytarmasanız, tədbirlər görməyə başlayacağıq. Onlar da buna inandılar", - Kadırov əlavə edib.

Qeyd edək ki, bu ilin may ayında LifeNews media holdinqin əməkdaşları Oleq Sidyakin və Marat Sayçenko Ukraynanın şərqində saxlanılmışdı. Kadırovun məsələyə qarışması nəticəsində onlar sərbəst buraxılmışdı.
945 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP