Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

Gülən ABŞ-dan qaçır

Barəsində həbs qətimkan tədbiri seçilən Fəthullah Gülənin ABŞ-ın onu təslim edəcəyini düşünərək, Türkiyə ilə ekstradisiya razılığı olmayan Kanadaya qaçmaq istədiyi iddia edilir.

Onun bu planının həyata keçməsi üçün qeyri-qanuni əməlləri ifşa olandan sonra Kanadaya qaçan sabiq TSQ (Türkiyə Silahlı Qüvvələri) imamı H.Ö. hazırlıq işləri görür. Bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.

Planın hazırlığı haqqında məlumatı isə təhlükəsizlik orqanları əldə edib. Hazırda Pensilvaniyada yaşayan Gülən əgər Kanadaya keçərsə, "Ergenekon" cinayətində düyün nöqtələrindən biri kimi göstərilən Tuncay Güney kimi təhlükəsizliyini təmin edəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyədə "Paralel hökumət" əməliyyatı çərçivəsində on gün əvvəl keçirilən məhkəmədə din xadimi Fəthullah Gülənin haqqında həbs qərarı çıxıb. O, terror təşkilatına liderlikdə təqsirləndirilir./ans/
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı