Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

Bura nə İraqır, nə də Suriya...

Bakının 9-cu mikrorayon ərazisində, Qafqazın ən böyük məscidinin tikildiyi yerdən cəmi 100 metr aralıda Qarabağ müharibəsi zamanı evlərini itirmiş, Azərbaycanın müxtəlif yerlərini dolaşdıqdan sonra burada özünə sığınacaq tapmış məcburi köçkünlər yaşayır. 

Köhnə, uçuq-sökük yataqxana binasında məskunlaşmış köçkünlər Qarabağın müxtəlif rayonlarındandırlar. Ağdamdan olanları da var, Füzulidən, Şuşadan olanları da. Onlar müxtəlif vaxtlarda gəlib bu binada yerləşiblər. Yaşadıqları bu bina aradan keçən onilliklərin təsiri ilə tam bərbad vəziyyətə düşüb. Buradakı insanların həyat şəraiti çox aşağıdır. Bəzi ailələr var ki, binanın zirzəmilərində yaşayırlar. Bu yataqxanaya az qala bitişik tikilən hündürmərtəbəli yeni bina isə onların yaşayışını daha da çətinləşdirib.

Binada çəkiliş apardığımız zaman bir qadın yaxınlaşıb bizi binanın digər tərəfinə keçməyə dəvət edir. O hissəyə keçəndə isə görürük ki, qabağında heç bir qoruyucu olmayan eyvandan balaca qızcığaz dayanıb həyətə baxır. Qadın deyir ki, eyvanı təmir eləməyə pulları yoxdur, ona görə də bütün günü gözü uşaqların üstündə olur ki, bura tək çıxmasınlar. Fotodan da göründüyü kimi uşaqlar istənilən vaxt eyvandan yıxıla bilərlər.

Evlərin içi isə demək olar ki eynidir. Otaqların nəmdən qaralmış divarları xalçalarla örtülüb. Eyni otağı həm yataq, həm qonaq, həm də yemək otağı kimi istifadə edirlər. Mətbəx isə ümumiyyətlə yoxdur. Yeməklərini antisanitariyanın hökm sürdüyü dəhlizlərdə bişirməyə məcbur olurlar./civil-forum /


Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
Yataqxana uşaqları
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı