Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Kazandakı qəzanın səbəbi bilindi

Ekipaj hava dispetçerinə enmənin mümkün olmadığını deyibmiş

Həlak olan 50 sərnişin arasında Tatarıstan prezidentinin oğlu da var

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza Kazan beynəlxalq hava limanında baş verib(APA). “Domodedovo” aeroportundan qalxan Moskva-Kazan aviaresyi ilə hərəkət edən “Boinq -737" sərnişin təyyarəsi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində güclü yanğın olub. Nəticədə 6 ekipaj üzvü də daxil olmaqla 50 nəfərin öldüyü bildirilib.
Təyyarə qəzası zamanı Tatarıstan Respublikasının prezidentinin oğlu və respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi də həlak olub. Belə ki, Tatarıstan avikompaniyasının açıqladığı siyahıdaÿTatarıstan prezidentinin oğlu Irek Minnixanov və FTX rəisi Anleksandr Antonovun adları göstərilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bəyan edib. Qəzaya ilkin səbəb kimi ekipajın səhvinin olduğu göstərilir. Lakin məlum olub ki, sərnişin təyyarəsinin ekipajı hava dispetçerini enmə əməliyyatını yerinə yetirməyin mümkün olmadığı barədə xəbərdar edibmiş. Bu barədə Kazan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasını araşdıran əməliyyat qərargahındakı mənbə “Interfaks”a bildirib. Mənbənin sözlərinə görə, Moskva-Kazan reysi ilə hərəkət edən “Boinq-737" sərnişin təyyarəsinin ekipajı dispetçeri enmə əməliyyatını yerinə yetirməyin mümkün olmadığı barədə xəbərdar edib, çox güman ki, bu, texniki nazasızlıq səbəbindən baş verib: ”Təyyarə enmə zolağına 500 m qalmış dispetçerə enmə vəziyyətində olmadıqlarını məruzə edib".
Dünən “Twitter” sosial şəbəkəsində təyyarədə həlak olan sərnişinlərin siyahısı yayılıb. Həmin siyahıda 44 nəfərin adı və soyadı göstərilib. Siyahıya nəzər yetirdikdə, təyyarə qəzasında ölənlər arasında azərbaycanlıların olmadığı məlum olur. Qəzaya uğrayan sərnişin təyyarəsinin 23 il istismarda olduğu və layneri 2008-ci ildə “Tatarıstan” aviakompaniyasının aldığı bildirilib. Rusiya Istintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş vermiş təyyyarə qəzası ilə bağlı cinayət işi açıldığını və araşdırmaların aparıldığını söyləyib. Onu da qeyd edək ki, “Tatarıstan” avikompaniyası 1999-cu ildə yaradılıb. Sərnişindaşıma ilə məşğul olan bu aviakompaniya Rusiyanın bir çox şəhərlərinə, Türkiyə (Istanbul), Çexiya (Praqa), MDB ölkələrinə, o cümlədən Bakıya aviareyslər həyata keçirir.
1764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:20