Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

“Azadlıq”ın radiosunun ofisi möhürlənib

“Azadlıq” radiosunun Bakı bürosunun Yasamal rayonunda, “Caspian Plaza”da yerləşən ofisində axtarış başa çatıb və sonda ofisin qapısı möhürlənib.

Prosesi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları aparıblar. Onlar ofisi möhürləyərək polisə təhvil veriblər.

Qeyd edək ki, Axtarış dekabrın 26-sı saat 10:30 radələrində başlanmışdı. Baş Prokurorluğun mətbuat xidməti bunun prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğunu bəyan edib./SalamNews/
912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber